AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanın sabiq Prezidenti Pak Kın Xenin barəsində ölüm hökmü çıxaracağını vəd edir.
«STAK» dövlət informasiya agentliyinin bununda bağlı yaydığı xəbərdə deyilir ki, Pak Kın Xe 2015-ci ildə Şimali Koreyada hakimiyyətin dəyişdirilməsi əməliyyatını planlaşdırıb. Söhbət, KXDR-nın başçısı Kim Çen Ina sui-qəsdin həyata keçirilməsindən gedir.
KXDR bəyan edir ki, ölüm hökmü eyni zamanda, Cənubi Koreya Milli Kəşfiyyat Agentliyinin sabiq bışçısını da gözləyir.


Şərhlər