Menu

Daşkəsəndə taksi sürücüsü avtomobildə ölü tapılıb

30.06.2017, 23:12
Daşkəsəndə taksi sürücüsü avtomobildə ölü tapılıb

Axşam saatlarında Daşkəsən şəhərində sürücü sükan arxasında infakt keçirərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdə taksi fəaliyyəti ilə məşğul olan 57 yaşlı rayon sakini Səməndər Göyüyev özünə məxsus "VAZ-2106" markalı avtomobildə ölü tapılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun infakt keçirərək öldüyünü müəyyən ediblər. Müəyyən edilib ki, sürücü infarkt keçirdikdən sonra idarəetməni itirib və maşını maneəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol