Menu

İlham Əliyev Qarabağda dinc əhalinin qətlə yetirilməsi barədə

05.07.2017, 22:45
İlham Əliyev Qarabağda dinc əhalinin qətlə yetirilməsi barədə

Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" mikrobloqunda yazıb. (The world community should not turn a blind eye to the killing of innocent people pic.twitter.com/of9Z9aXPEB — Ilham Aliyev (@presidentaz) 5 июля 2017 г.)

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub.

Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol