Menu

Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib

08.07.2017, 11:14

hessecki20913Monqolustanda prezident seçkilərinin ikinci turunda müxalif Demokrat Partiyasının namizədi Haltmaagiyn Battulqa qalib gəlib. Virtualaz.org xəbər verir ki, səslərin 99,94%-nin hesablanmasından sonra Ali Seçki Komitəsi tərəfindən açıqlanmış rəqəmlər bunu deməyə əsas verir.

Bildirildiyinə görə, Battulqa səslərin 50,6%-ni toplaya bilib. Bu isə seçkidə iştirak etmiş 601 min 541 seçicinin səsi deməkdir. Monqolustan Xalq Partiyasının namizədi Miyeeqombın Enxbold cəmi 496 min 940 səs (41,2%) toplaya bilib. Yerdə qalan bülletenlər boş qalıb.

Seçkilərin yekun nəticələri səslərin 100%-i hesablandıqdan sonra açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol