Daxili İşlər Nazirliyi İyulun 7-də İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində baş vermiş faciə ilə bağlı rəsmi məlumat yayıb.
Ötən gün Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər