Menu

ATƏT PA Ukrayna ilə bağlı mühüm qətnamə qəbul edib

08.07.2017, 14:05
ATƏT PA Ukrayna ilə bağlı mühüm qətnamə qəbul edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ATƏT-n Parlament Assambleyası Ukraynanın ərazi bütövlüyünün bərpası barədə qətnamə qəbul edib.

Rusiya, qətnamənin əleyhinə səs verib. Sənəddə Rusiya tərəfi Krımın işğalına və ordusunun Donbasda iştirakına görə, ittiham olunur.

Sənəd «Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası» adlanır.

Qətnamə layihəsinə əsasən, ATƏT PA «Ukraynanın suverenliyi, müstəqilliyi, vahidliyi və beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədlər daxilində ərazi bütövlüyünə tam hörmət göstərdiyini» bəyan edir. Bu sərhədlər Krım Muxtar Respublikasını və Sevastopol şəhərini də əhatə edir.

Bundan başqa, sənəddə ATƏT PA Krım Muxtar Respublikasının müvəqqəti işğalını və Rusiyanın Donbasda Ukraynaya qarşı həyata keçirdiyi hibrid təcavüzü pislədiyini bəyan edir.

ATƏT PA Rusiyadan israrla tələb edir ki, Ukraynada terrorçuluq fəaliyyətini maliyyələşdirməyi dayandırsın və ATƏT-in nəzarəti altında hərbi qüvvələrini, hərbi texnikasını və muzdlularını Donbas və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarından çıxartsın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol