Menu

Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb

13.07.2017, 14:33
Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb

Dövlət qulluqçularının etik davranışlarına DİM nəzarət edəcək. APA-nın xəbərinə görə, bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanununda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət DİM-ə tapşırılıb.

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol