Menu

Fransanın XİN başçısı Fars körfəzi ölkələrinə çəfər edəcək - Fransa da öz «pay»ını istəyir?

15.07.2017, 15:27
Fransanın XİN başçısı Fars körfəzi ölkələrinə çəfər edəcək - Fransa da öz «pay»ını istəyir?

«AzPolitika.info»-nun xarici KİV-ə isitinadla verdiyi xəbərə görə, Fransa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Jan-İv Le Drian diplomatik böhran fonunda, Fars körfəzinin Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Əbəb Əmirlikləri ölkələrinə iki günlük səfərə hazırlaşır. Səfərdə məqsəd kimi, bölgə dövləğləri arasında gərginliyin azaldılmasına yardımçı olmaq niyyəti irəli sürülür. Bu barədə Fransa XİN-dən məlumat verilib.

Nazirlikdə qeyd ediblər ki, səfərin gedişində nazir «bu ölkələrin nöqteyi-nəzərini dinlmək və Küveyt tərəfindən irəli sürülmüş vasitəçilik missiyasına öz tövhəsini verməkdən ibarətdir». Belə ki, Küveytin təşəbbüsü rəsmi Paris tərəfindən tam dəstəklənir.

Ərəb həmkarları ilə danışıqlar zamanı Le Drian diplomatik, siyasi, iqtisadi və təhlükəsizlik planları baxımından bu böhranın neqativ nəticələrini xatırlatmaq və terrorçuluqla mübarizənin gücləndirilməsinin mühüm əhəmiyyətə malik olduğunu təsdiqləmək niyyətindədir.

Bütün bunları saf-çürük etdikcə, aşağıdakı nəticəyə gəlmək olar: Fransa da ərəb dünyasından «öz payı»nı istəmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol