«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti, «KXDR-a qarşı ABŞ-ın düşmənçilik siyasəti fonunda», Amerika Birləşmiş Ştatları (ABŞ) ilə dialoq imkanlarını qəti şəkildə inkar edib. Bu barədə Koreya Mərkəzi teleqraf agentliyinin (TTAK) yaydığı bəyanatda söhbət açılır.
«ABŞ bu faktı dərk etməlidir - nə qədər ki, onlar KXDR-a qarşı düşmən siyasətinə son qoymayıblar, KXDR-nın nüvə və raket proqramı heç vaxt danışıqlar predmeti və KXDR-nın denuklerizasiyası heç vaxt mümkün olmayacaq» - bəyanatda deyilir.
Bu zaman ABŞ-ın və o cümlədən, indiki Prezident Donald Trampın Pxenyana yönəlik qlobal təzyiq çağırışları «quldur siyasəti» adlandırılır.
«Trampın administrasiyası günbəgün ağılsızcasına «quduğanlıq edir»» - deyə, KXDR-in hakimiyyəti bəyan edir və qeyd edir ki, belə reaksiya «Xvason-14» qitələrarası ballistik raketin uğurlu sınağından sonra sərgilənməyə başlanıb.
Pxenyan öz hərəkətlərini «müstəqil suveren dövlət»in haqqı adlandırır.

Şərhlər