AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə terrorçuluğa dəstək vermək məsələsində «Daimler» avtokonsernindən şübhlənib.
Hökumət terrorçuluğa dəstək verməkdə şübhəli bilinən 68 şəxsin və təşkilatın siyahısını Almaniyaya təqdim edib. Ankaranın versiyasına görə, onlar müxalif vaiz Fətullah Güləni dəstəkləyiblər. Sonuncu Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçısı hesab olunur.
«Zeit» nəşrinin yazdığına görə, siyahıya o cümlədən, «Daimler» avtomobil konserni, «BASF» kimya qrupu və türk kafesinin adları düşüb.
Berlində bu siyahını «absurd» adlandırıblar. Ancaq onların Gülənlə əlaqələrini təsdiq edən sübutlar ortada olmasa da, siyahıda adlarının xatırladılması şirkətlərin reputasiyasına əhəmiyyətli ziyan vura bilər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan etmişdi ki, qiyamda iştirak etmiş insanlar Almaniyada gizlənirlər. O, Angela Merkeli «həmin terrorçuları Türkiyəyə verilməyə» çağırmışdı.


Şərhlər