Menu

Ququş Ermənistanda konsert verəcək - Foto

20.07.2017, 21:05
Ququş Ermənistanda konsert verəcək - Foto

Güney azərbaycanlı müğənni Ququş Ermənistanda konsert verəcək.

Kult.az xəbər verir ki, müğənni bu barədə öz İnstaqram hesabında məlumat verib. O, 31 avqustda həyata keçirilməsi planlaşdırılan konsertini "Tarix yazmaq" ("#historyinthemaking") adlandırıb.

Qeyd edək ki, konsert turuna çıxan Ququşun tur siyahısında Azərbaycan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol