Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb übrosunun veridyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçən ana və onun 1 yaşlı övladını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Şərhlər