Prezident İlham Əliyev "xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Qərar müxtəlif ölkələrin Azərbaycanla bağlı layihələri olan QHT-lərinə 3 milyon manat ayrılmasını nəzərdə tutur. "Azərbaycan dövlətinin vəsaiti hesabınaABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparır." - deyə sərəncamda bilidirlir.
"Bu sahədə görülən işlərin davam etdirilməsi məqsədilə xarici QHT-lər tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb."
Qeyd edək ki, son ildə Azərbaycan hakimiyyəti xarici donorların fəaliyyətini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirirdi. /AzadlıqRadiosu


Şərhlər