Menu

Tofiq Yaqublunun saxlanma şəraiti ağırlaşdırılıb

20.06.2014, 11:41
Tofiq Yaqublunun saxlanma şəraiti ağırlaşdırılıb

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsxanada saxlanma şəraiti son vaxtlar qəsdən ağırlaşdırılır. Musavat.com-un məlumatına görə, bunu onun qızı Nigar Yaqublu Facebook-da yazıb. Onun yaxdığına görə, atası astma xəstəsidir, havaların kəskin istiləşməsi ilə əlaqədar cidd tənəffüs problemi yaranıb: “Dəfələrlə həbsxana rəhbərliyinə müraciət etməsinə baxmayaraq, rəhbərlik onu nəinki qəbul etmir, əksinə şəraiti daha da pisləşib. Belə ki, onu normadan çox məhbusn saxlanıldığı kameraya salıblar, üstəlik, içəridə hamı siqaret çəkir”.

Nigar Yaqublu yazıb ki, Tofiq Yaqublu bütün bunların bilərəkdən edildiyini düşünür: “Bu, onun həyatına qəsddir, işgəncədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol