Menu

Türkiyənin tanınmış futbolçusu həbs edildi - "Fətullahçı" ittihamı ilə

28.07.2017, 17:56
Türkiyənin tanınmış futbolçusu həbs edildi - "Fətullahçı" ittihamı ilə

Türkiyədə tanınmış futbolçu, "Fənərbağça" və "Başakşehir" komandalarının, eləcə də Türkiyə milli komandasının heyətində çıxış etmiş Bəkir İrtegün həbs edilib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, B. İrtegünün "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) internetdə kriptolu xəbərləşmə proqramı olan "ByLock" istifadəçisi olduğu müəyyənləşdirilib. Onun daha əvvəl ölkə xaricinə getmək cəhdi polis tərəfindən əngəllənib və ölkədən çıxışına qadağa qoyulub. Bundan sonra futbolçu prokurorluğa müraciət edərək telefonuna "ByLock" proqramının kim tərəfindən yükləndiyi və kimlərlə danışdığı barədə məlumat verib. Prokurorluq isə onun həbsinə sanksiya verib.

B. İrtegün bu gün İstanbul polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, B. İrtegün son olaraq "Başakşehir"də oynayıb. Klub onunla müqaviləni ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol