Menu

«Rusiya ilə Bolqarıstanı həmişə qardaşlıq telləri birləşdirib» - Putin

04.08.2017, 23:26
«Rusiya ilə Bolqarıstanı həmişə qardaşlıq telləri birləşdirib» - Putin

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya ilə Bolqarıstan arasında dostluq münasibətləri və əməkdaşlıq barədəki Müqavilərin 25-ci ildönümü münasibətilə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bolqarıstan Prezidenti Rumen Radevi təbrik edib. Teleqramın mətni Kremlin saytında dərc olunub.

«Rusiya-Bolqarıstan münasibətləri qədim və dolğun tarixə malikdir. Bütün dövrlərdə bu münasibətlərin əsasında qardaş dostluğu, xalqlarımızı birləşdirən mədəni və mənəvi tellər dayanıb» - deyə, xəbərdə qeyd olunur.

Rusiya Prezidenti qeyd edib ki, 1992-ci ildə bağlanmış müqavilə Moskva və Sofiya arasında əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına, energetika, elmi-tədqiqat, humanitar və digər sahələrdə irəliləyişə kömək edib.

«Əminəm ki, qarşıdan gələn daha bir yubiley tarix - Bolqarıstanın Osmanlı işğalından azad edilməsinin 140-illiyi ikitərəfli əməkdaşlığın gündəmdə olan bütün istiqamətləri üzrə birgə işin gücləndirilməsi ilə yadda qalacaq» - deyə, Putin əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol