Menu

Masallıda avtomobil körpüdən aşıb - Sürücü ölüb

05.08.2017, 13:17
Masallıda avtomobil körpüdən aşıb - Sürücü ölüb

Masallıda avtomobil körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 4-də saat 23 radələrində Masallı rayonunun Xırmandalı kəndi ərazisində rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol