Menu

Biləsuvarda sürücü kanalda boğulub

06.08.2017, 01:22
Biləsuvarda sürücü kanalda boğulub

Bu gün axşam saatlarında Əzizbəyov kanalının Biləsuvar rayonundan keçən hissəsində bədbəxt hadisə nəticəsində bir nəfər sürücü boğularaq ölüb.

Virtualaz.og saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Qobustan rayon sakini olan “Shagman” markalı yük maşınının hələlik şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayan sürücüsü sərinlənmək üçün kanalda çimmək istəyərkən boğulub.

Hazırda gecə saatları olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri tərəfindən suda batmış sürücünün cəsədinin axtarışlarına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol