AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Ukrayna ərazisindən yan keçməklə, yeni dəmir yolu xəttini istismara buraxıb.
Söhbət, uzunluğu təxminən 140 kilometr olan Juravka-Millerovo sahəsindən gedir.
Xüsusi məqsədlə çəkilmiş bu xətt Rostov və Voronej vilayətlərindən keçir.
«İnterfaks» agentliyinin məlumatına görə, bu xətt üzrə işçi hərəkətlər başlanıb və bunun intesivliyi getdikcə artacaq.
Xəttin çəkilişini təmin etmiş briqada «Jukov» ordeni ilə təltif olunub. Açılış məoasimində müdafiə naziri Sergey Şoyqu və nəqliyyat naziri Maksim Sokolov iqtirak edib.
Dəmir yolunun çəkilişində 1000 nəfərdən artıq insan və 500 vahid texnika iştirak edib.


Şərhlər