Menu

Qəbələdə istirahət mərkəzlərinin birində işləyən gənc özünü asıb

09.08.2017, 10:01
Qəbələdə istirahət mərkəzlərinin birində işləyən gənc özünü asıb

Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, oradakı "Xanlar" istirahət mərkəzində işləyən Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Mahir oğlu Mahmudov istirahət mərkəzinin arxasında yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol