Menu

“Qara bazar”da dollar neçəyədir? - QİYMƏT

10.08.2017, 11:08
“Qara bazar”da dollar neçəyədir? - QİYMƏT

Avqustun 10-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib.

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumata görə dolların alışı son bir həftədə 1.6950 manat, satışı 1.7000 manat təşkil edib.

Avro isə yenidən “qara bazar”da bahalaşıb. Avropa valyutasının alışı 1.98 manatdan 2.00 manata, satışı isə 2.01 manatdan 2.10 yüksəlib.

Rus rublu da nisbətə bahalaşıb. Rublun alışı 2,77 qəpikdən 2.80 qəpiyə, satışı isə 2.80 qəpikdən 2.82 qəpiyə qədər artıb. / Fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol