AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Keniyada keçirilən prezident seçkiləri zorakılığa gətirib çıxardıb. Seçkilərin gedişində bir neçə nəfər həlak olub.
«Euronews» telekanalı iki insident barədə xəbər yayıb: "Onlardan birində etiraz nümayişi zamanı polis döyüş güllələri ilə atəş açıb; Digərində isə muzdu quldurlar məsciddə insanlara hücum ediblər.
Qarışıqlığın əksəriyyəti müxalif əhval-ruhiyyəli güclərin çoxluq təşkil etdiyi şəhərlərdə qeydə alınıb".
Bu arada, Keniyanın seçki komissiyası müxalifət lideri Raile Odinginin seçkilərin nəticələrinin ləğv olunması barədə tələblərini rədd edib. Tələbdə əsas kimi, fəaliyyətdə olan prezident Uxuru Kentyatteyə «səs çoxluğu» qazandırmaq məqsədilə, komissiyanın serverinin dağıdılması faktı önə çəkilir.
Komissiyanın ilkin qiymətləndirməsinə görə, Kentyatte qalib gəlir və 54 faizdən artıq səs toplayıb.


Şərhlər