«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In hətta Prezident Donald Trampın xəbərdarlığından sonra da «diplomatik dildə anlamır». Bundan əvvəl ABŞ lideri Koreya Xalq Demokratik Respublikasını (KXDR) ABŞ-a qarşı təhdidləri dayandırmayacağı təqdirdə, «öd və qəzəblə» hədələmişdi.
«Mən, hesab edirəm ki, Prezident Şimali Koreyaya Kim Çen Inın anlayacağı dildə çox güclü ismarış göndərib» - deyə, Tillerson qeyd edib.
«Röyter» agentliyinin verdiyi xəbərə görə, Tillerson onu da əlavə edib ki, KXDR tərəfindən ABŞ-a birbaşa təhlükə görmür.
«Amerikalılar sakit yata bilərlər» - deyə, dövlət departamentinin başçısı inandırmağa çalışıb ki, hələlik Vaşinqton Şimali Koreya ilə münaqişəni hərbi yolla həll etmək fikrində deyil.


Şərhlər