Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirlən şəxs son sözlə çıxış edəcəkdi. Məhkəmənin müşavirədən sonra hökmü elan edəcəyi gözlənilirdi.
Ancaq Samir Nəbiyev məhkəməsində gözlənilməz qərar elan edilib.Məhkəmədə S.Nəbiyevin vəkili Ceyhun Yusifov çıxış edib. O, məhkəmə istintaqının təzələnməsini məhkəmədən xahiş edib.
Hökm elan edəcəyi gözlənilən məhkəmə, vəsatəti təmin edib.
İşə məhkəmə istintaqı təzələnməklə yenidən baxılaca. Məhkəmə avqustun 16-na təyin edilib.

Qeyd edək ki, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalov S.Nəbiyevin ona birgə biznes qurmaq təklifi etdiyini iddia edir.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" kəndli fermer təsərrüfatının təsisçisi və sahibidir.

Qarabağ müharibəsi veteranı, 1992-97-ci illərdə cəbhəyə könüllü şəkildə gedərək düşmənlə vuruşmuş, Ümummilli lider Heydər Əliyev tərəfindən “Şah İsmail Xətai” adına Fəxri Fərmanla təltif edilmiş Samir Nəbiyev də Ə. Camalovun şikayəti əsasında irəli sürülən ittihamların doğru olmadığını söyləyir. O "AzPoltika.imfo" saytı vasitəsilə prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, kömək istəyib.


Şərhlər