Menu

Ələt-Astara yolunda dəhşət - 2 ölü 2 yaralı

21.06.2014, 17:22
Ələt-Astara yolunda dəhşət - 2 ölü 2 yaralı

Ələt-Astara yolunda dəhşətli qəza baş verib.

“Qafqazinfo” “xeberdar.az”a istinadən xəbər verir ki, Ələt-Astara yolunda “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobil toqquşub. Nəticədə “Vaz 21015” sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və 1993-cü il təvəllüdlü Royal Dadaşov ölüb. Sərnişinlər Rafiq İmanov və Fuad Quliyev isə ağır yaralanıb. Yaralılar dərhal Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətləri ağırdır.

İlkin olaraq hadisənin “Prado” markalı avtomobilin “Vaz 21015” markalı avtomobilin yoluna çıxması nəticəsində baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol