Menu

Azərbaycanda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlandı

21.06.2014, 19:35
Azərbaycanda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlandı

Bu ilin 5 ayı ərzində Azərbaycanda qanunsuz dövriyyədən çıxarılaraq müsadirə edilmiş narkotik vasitələrin həcmi açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, iyunun 1-dək narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkar edilib.

Həmin faktlar üzrə ümumi çəkisi 473 kq müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılaraq müsadirə olunub. Bura 90 kq həşiş, 64,5 kq heroin, 126,2 kq tiryək, 191 kq marixuana, 2 kq digər psixotrop maddələr daxildir.

Eyni zamanda “Xaş-Xaş 2014” şərti adı altında keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 18,8 ton narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol