AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa tərəfi bu ölkənin həlak olmuş Prezidenti Lex Kaçinskinin qəzaya uğramış təyyarəsində partlayış izləri aşkarlandığını bəyan edib.
Mərhum Prezidentin Tu-154M təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya elan edib ki, təyyarənin qanadının dağılması partlayış izləri daşıyır.
«Kazimir Novaçikin rəhbərlik etdiyi Komissiya sonuncu plenar iclasında Tu-154M təyyarəsinin sol qanadının dağılmasının ilkin səbəbləri barədə mövqeyini razılaşdırılıb» - deyə, bəyanatda deyilir.
Komisiyanın məlumatına görə, təyyarənin sol qanadının dağılması səbəbilə, Polşa Prezidentinin həlak olduğu təyyarənin qanadı «beryoza» ağacının budağı ilə toqquşma nəticəsində yox, bundan əvvəl dağılmağa başlayıb.
«Tu-154M təyyarəsinin sol qanadının çoxsaylı zədə alması parlayış izləri daşıyır» - deyə, «Wiadomosci» nəşri bəyanatdan sitat gətirir.
Beləliklə, aprel ayında Polşanın Baş prokurorluğu Rusiya aviadispetçerlərinə qarşı öz iddiasını formalaşdırıb və onları təyyarəni Smolensk səmasında qəsdən qəzaya uğratmaqda ittiham edib.
Bundan sonra Polşa xarici işlər nazirliyi (XİN) bu istiqamətdə araşdırmaların aparılmasında Rusiya tərəfi ilə əməkdaşlıqdan imtina edib.


Şərhlər