Menu

Bill Qeyts “Instagram”da səhifə açdı – FOTO

15.08.2017, 00:02
Bill Qeyts “Instagram”da səhifə açdı – FOTO

“Microsoft”un yaradıcısı Bill Qeyts “Instagram”da səhifə açıb.

Lent.az-ın xəbərinə görə, dünyanın ən zəngin insanının profilində bildirilir ki, o, öz xeyriyyə fondunun fəaliyyəti və öz maraqları barədə danışmaq fikrindədir.

B.Qeytsin ilk paylaşımı Tanzaniya səfəri ilə bağlı olub. İş adamı 3 foto yerləşdirib və Muxeza əyalətində məktəblilərlə etdiyi nahar barədə məlumat verib.

Qısa müddətdə səhifəni bəyənənlərin sayı 100 mini ötüb. Səhifə (@thisisbillgates) verifikasiya işarəsinə malikdir.

B.Qeyts isə 25 akkauntu, o cümlədən həyat yoldaşı Melinda Qeyts, “Facebook” rəhbəri Mark Zukerberq, “Instagram”ın həmtəsisçisi Mayk Kriger, məşhur tennisçi Rocer Federer, Nyu-Yorkun sabiq meri Maykl Blumberqin, eləcə də, bəzi xeyriyyə qurumlarının səhifələrini izləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol