Menu

Dollar yenidən ucuzlaşdı

22.08.2017, 11:29

bloomberg-1Avqust ayının 22-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,8% ucuzlaşaraq 1.6992 manat olub.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7137 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol