Menu

Millimiz Belarusa yenə də uduzdu

25.08.2017, 11:09
Millimiz Belarusa yenə də uduzdu

Minsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Belarusun U-19 komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Bu komandalar arasında avqustun 22-də keçirilmiş yoldaşlıq oyunu da belaruslu futbolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol