Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqi məsələsi AŞ PA Bürosunun gündəliyinə daxil edilib.
Virtualaz.org saytı xəbər verir ki, bunu bu gün Strasburqda yay sessiyasının açılışı ərəfəsində keçirdiyi mətbuat konfransında AŞ PA sədri Ann Brasser deyib.
A.Brasserin sözlərinə görə, erməni nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədəki təklif büronun iyunun 27-nə təyin edilmiş iclasının gündəliyinə daxil ediləcək.
Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan AŞ PA sədri deyib ki, AŞ PA bu məsələdəki sözünü bir neçə il əvvəl qəbul edilmiş müvafiq qətnamə ilə deyib: “Biz Azərbaycanın ərazi bötüvlüyünü müdafiə edirik. Ərazi bütövlüyü bütün üzv dövlətlər üçün mütləq paritet əsaslara söykənir. Biz bu məsələ üzərində işləməkdə davam edirik”.
Yada salaq ki, erməni nümayəndə heyətinə sansksiyalar tətbiq edilməsi təklifi bir qrup avropalı deputat tərəfindən irəli sürülüb.


Şərhlər