Jurnalist Məlakət Haciyeva AzPolitika.info-ya danışaraq Dövlət Yol Polisindən şikayət edib.

Bildirib ki,  iyunun 21-də Bakı-Qazax yolunun 210-cu km-də özünü Natiq Zeynalov kimi təqdim edən YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlayaraq, yol hərəkətini pozduğuna görə, müəyyən məbləğdə pul tələb edib. Sürücü hansı yol hərəkəti qaydasını pozduğunu soruşsa da, YPX-nin əməkdaşı suala cavab verməkdən boyun qaçırıb.

Belə olduqda Məlakət Hacıyeva protokol tərtib olunmasını istəyib və YPX əməkdaşına pul ödəməkdən imtina edib. YPX-nin əməkdaşı isə açıq şəkildə “sizin necə mədəniz varsa, bizim də mədəmiz var” deyə pulun ödənməsində israr edib və yolun "prezident”i olduğunu, arxasında isə general Ramiz Zeynalovun (DİN DYPİ rəisi) dayandığını bildirib.

Şikayətçi Natiq Zeynalovun iş zamanı sərxoş vəziyyətdə olduğunu da qeyd edərək, adiyyatı orqanlardan işin araşdırılmasını xahiş edib.

Ülkər Musazadə