Menu

Ermənistanda daha bir nazir müavini işdən çıxarıldı

29.08.2017, 17:45
Ermənistanda daha bir nazir müavini işdən çıxarıldı

Ermənistanda daha bir nazir müavini işdən çıxarılıb.

Bu barədə APA Ermənistan mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, baş nazir Karen Karapetyanın sərəncamı ilə fövqəladə hallar nazirinin müavini Aykaram Mxitaryan vəzifəsindən uzaqlaşdırılıb.

A. Mxitaryanın öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.

Prezidentin fərmanı ilə müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılmış Ara Nazaryan baş nazirin digər sərəncamı ilə A. Mxitaryanın yerinə təyin edilib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bu gün tutduğu vəzifəsindən azad olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol