Menu

Herhard Şröyder «Rosneft»in direktorlar şurasının başçısı ola bilər

30.08.2017, 01:57
Herhard Şröyder «Rosneft»in direktorlar şurasının başçısı ola bilər

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) eks-kansleri Herhard Şröyder «Rosneft» şirkətinin direktorlar şurasının başçısı postuna gətirilə bilər. Bu halda eks-kansler şuranın hazırkı başçısı, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Andrey Belausovu əvəzləyəcək.

Hökumətin bu barədə direktiv layihəsinin mətni ilə tanış olan mənbəyə istinadla, xəbəri «İnterfaks» agentliyi yayıb. Məlumata görə, direktiv artıq profil idarələrlə razılaşdırılıb.

Şröderin bunca məsuliyyətli posta gətirilməsi barədə qərarın şərh hissəsində onun dünya avtoriteti olması, energetika sferasında Almaniya və Avropanın Rusiya ilə əməkdaşlığına davamlı dəstək verdiyi qeyd olunur.

Bundan başqa, eks-kansler nəhəng Rusiya və beynəlxalq neft-qaz şirkətlərinin idarəçiliyində müstəsna kompetensiyaya və təcrübəyə malikdir.

Avqustun ortalarında məlum olub ki, «Rosneft»in direktorlar şurasının başçısı postuna Şröyderin və Rusiyanın energetika naziri Aleksandr Novakın nominasiyası irəli sürülüb.

Digər namizdlər (hökumətin irəli sürdüyü və müstəqil direktorlar) isə əvvəlkilər olaraq qarlır: Dövlət xətti ilə - Belausov və «Rosneft»in baş icraçı direktoru İqor Seçin.

Amma Şröyder müstəqil direktor nominasiyasıdır. Ondan başqa professor Oleq Vyugin, «Nord Stream AG»-in icraçı direktoru Mattias Vaniq və «Rosneft»in direktorlar şurasının üzvü Donald Hamfriz də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol