«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran hökumətinin nümayəndəsi Mohəmməd Baker Noubaxt bəyan edib ki, Tehran özünün hərbi obyektlərində təftiş aparmağa heç kimə imkan verməyəcək.
«Hərbi obyektlər məxfidir və heç kim onlara giriş əldə edə bilməz» - deyə, «Tasnim» agentliyi ondan sitat gətirir.
Bununla, Noubaxt Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranın hərbi obyektlərini yoxlamaq barədəki tələbini şərh etmiş olub. ABŞ bu tələbi onunla əsaslandırır ki, məlum nüvə sazişinə İranın əməl edib-etmədiyini dəqiqləşdirmək lazımdır.
Bundan əvvəl Vaşinqton İrana qarşı sanksiyaları genişləndirib. Bundan sonra İranın Prezidenti Həsən Ruhani sanksiyalar istiqamətində ABŞ-ın addımlarının davam edəcəyi təqdirdə, ölkəsinin məlum sazişdən çıxacağı ilə hədələyib.


Şərhlər