Menu

Putin dünya birliyini Şimali Koreya ilə dialoqa çağırdı

02.09.2017, 00:34
Putin dünya birliyini Şimali Koreya ilə dialoqa çağırdı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin dünya birliyini Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa çağırıb.

Rusiya Prezidentinin fikrincə, provakasiyalar, təzyiqlər, döyüşkən və təhqiredici ritorika - heç yerə aparmayacaq bir yoldur.

Çində keçiriləcək «BRİKS» sammiti astanasında Putinin bir sıra kütləvi informasiya vasitələrində (KİV) dərc olunmuş məqaləsində deyilir ki, Koreya yarımadasındakı vəziyyət miqyaslı münaqişəyə yaxınlaşıb.

KXDR son vaxtlar ballistik raket sınaqları keçirir və bu raketlər nəzəri baxımdan nüvə başlığı daşıya bilər. Bu yaxınlarda raketlərdən biri Yaponiyanın üzərindən uçaraq, dənizə düşüb.

ABŞ hakimiyyəti dəfələrlə Şimali Koreyaya hərbi zərbənin endirilməsinin mümkünlüyündən söhbət açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol