Bu barədə “France-Presse” agentliyi “Hətəm əl-Anbiya” hava hücumundan müdafiə bazasının komandanı Əmir Farzada İsmailiyə istinadən məlumat yayıb.
Bu zenit-raket kompleksinin bəzi elementlərinin Rusiyanın S-300 sistemlərindən daha yaxşı olduğunu deyən komandan “Bavar-373”-ün 2018-2019-cu illərdə İran ordusunun istifadəsinə verilməsinin planlaşdırıldığını bildirib.
Yeri gəlmişkən, komandan daha əvvəl bildirmişdi ki, "Bavar-373" Rusiyanın S-300 kompleksinin analoqudur və tam olaraq İranda layihələşdirilib hazırlanıb. İsmaili onu da qeyd edib ki, daha əvvəl Rusiyadan alınmış S-300 kompleksləri artıq döyüş növbəsində yerini tutub və İranın silahlı qüvvələri tərəfindən istifadə olunurlar.(virtualaz)


Şərhlər