Menu

Bakıda 22 yaşlı qız özünü asıb

06.09.2017, 23:10
Bakıda 22 yaşlı qız özünü asıb

Çərşənbə günü, sentyabrın 6-na keçən gecə təxminən saat 2:20-də Bakının Qaraçuxur qəsəbəsində yerləşən parkda asılmış vəziyyətdə qız meyiti aşkarlanıb.

“Sputnik” xəbər verir ki, Suraxanı rayonu hüquq-mühafizə orqanlarının məlumatına görə, intihar etdiyi güman olunan qızı yerli sakinlər aşkar edib.

Müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Günel Samir qızı Tağıyeva iplə özünü turnikdən asıb. Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol