Menu

Moskvada banka basqın etmiş erməni 12 il cəza aldı

07.09.2017, 20:27
Moskvada banka basqın etmiş erməni 12 il cəza aldı

Moskva məhkəməsi ötən il “Sitibank”a basqın edərək insanları girov götürmüş Aram Petrosyanı 12 il azadlıqdan məhrum edib.

İki və daha artıq şəxsi girov götürməkdə və terror aktı törətməkdə təqsirli bilinən A.Petrosyan cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Xatırladaq ki, 2016-cı il avqustun 26-da Petrosyan “Sitibank”ın Moskvanın mərkəzindəki filiallarından birində 4 nəfəri girov götürərək partlayış törədəcəyi ilə hədələmişdi. Danışıqlardan sonra o, girovları azad etmişdi. Onun əlindəki qurğunun isə mulyaj olduğu aşkara çıxmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol