“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib. “Report”un xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.
Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib. Amma virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

Amma indi, yeri gəlmişkən, bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: “100 milyondan çox manatı təcili qaytar!”

Şərhlər