Menu

Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

09.09.2017, 12:19

Qezada-sinmish-padpres-180912Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol