Menu

Tbilisidə azərbaycanlı qətlə yetirilib - Adı Lənkəranskinin qətlində hallanrdı

12.09.2017, 16:31
Tbilisidə azərbaycanlı qətlə yetirilib - Adı Lənkəranskinin qətlində hallanrdı

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi məlum olub.

“Rustavi 2” televiziya kanalı xəbər verir ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.  Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol