Azərbaycan Dövlət Aqrar Universitetində Bilik gününün Kənd Təsərrüfatı Naziri və qurumun rəhbər işçiləri ilə birgə keçirilməsi artıq ənənəyə çevrilib. Bu dəfəki bayram təntənəsində isə Türkiyə, Çin, Hindistan və digər ölkələrin səfirləri, konsulları da iştirak edib.
ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin KİV-ə açıqlamasında bildirilib ki, Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirak etdiyi Bilik günündə 100 illik tarixə malik Azərbaycanın aqrar təhsil sahəsinə dövlət qayğısından, son zamanlar tətbiq edilən çoxsaylı yeniliklərdən, əldə olunan uğurlardan, yaranan canlanmadan geniş söhbət açılıb.
Bilik gününə həsr edilən tədbiri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb və təhsil müəssisəsinin şərəfli inkişaf mərhələlərini təhlil edib. Bildirib ki, son illər Aqrar Universitetdə aparılan islahatlar bu təhsil müəssisəsinə olan marağı çox artırıb. 2017-2018-ci tədris ilinin qəbul göstəricilərinə görə ADAU-ya müəyyən olunan 1320 nəfər plan yerinə 1129 tələbə qəbul olunub, qəbul planı 85,5 faiz yerinə yetirilib. Bu da 2012-2013-cü tədris ilindən sonra əldə edilən ən yüksək nəticədir. Dövlət sifarişi əsasında qəbul olunanların sayında da artım var. Yəni, cari ilin qəbul imtahanlarının nəticələrinə görə 1129 tələbədən 654 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Daha bir maraqlı fakt isə odur ki, bu il ali məktəblərə qəbul olunan ən cavan və ən yaşlı tələbə də ADAU da təhsil alacaq.

Bu gün ADAU-nun inkişafında dövlətlə yanaşı özəl müəssisələr və beynəlxalq təşkilatlar da yaxında kömək göstərir. 2013-cü ildən başlayaraq hər il ADAU-da həm dövlət, həm də beynəlxalq təşkilatların dətəyi ilə müxtəlif tədris auditoriyaları və laborotoriyalar yaradılıb. Demək mümkündür ki, indi ADAU-da yaradılan şərait bir çox xarici ölkələrin anoloji universitetəri ilə rəqabət aparmaq gücündədir. Ölkədə fəaliyyət göstərən böyük şirkətlərin və holdnqlərin universitetlə əməkdaşlığı da nümənə göstəriləcək səviyyədədir.
Nazir Heydər Əsədov ən yüksək balla universitetə qəbul olunan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb, hədiyyələr verib.
Rəsmi tədbirdən sonra nazir Heydər Əsədov və xarici ölkə səfirləri John Deere tədris otağının, Çin hökumətinin maliyyə dəstəyi ilə qurulan virtual tədris auditoriyasının, TİKA-nın dəstəyi ilə yaradılan Baytarlıq klinikasının, Eksperimental heyvandarlıq komleksinin, Süni mayalanma tədris mərkəzinin, Toxumçuluq laborotoriyasının, Gilan agriculture auditoriyasının və Aqrkimya laborotoriyasın açılışında iştirak edib, yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Bilik günü ərəfəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Sloveniyanın Nova-Qoritsa universiteti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.


Şərhlər