Menu

Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

17.09.2017, 09:54
Yaponiyada güclü tayfun səbəbindən 600-ə yaxın aviareys təxirə salınıb

Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.

"Report" xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.

Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.

Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol