Menu

Mosulda partlayış nəticəsində 15 nəfər ölüb

17.09.2017, 17:02
Mosulda partlayış nəticəsində 15 nəfər ölüb

Mosulun qərbində sünnü tayfa qüvvələrinin hərbi təhsil mərkəzi olaraq istifadə etdiyi bir məktəbə yerləşdirilən bombanın partladılması nəticəsində 15 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report" xəbər verir ki, insident Məciran kəndində qeydə alınıb.

Ölənlər və yaralananlar arasında qadın və uşaqlar var.

Hadisə qurbanlarının bir hissəsi partlayışın gücü nəticəsində dağılan binanın yaxınlığında olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol