Serxio Ramos “Real”la yeni müqavilə bağlamağa yaxındır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi ilə klub rəhbərliyi arasında danışıqlar yekunlaşıb. Tərəflərin razılığa gəldiyi bildirilir.
Kapitanla 2021-ci ilə qədər müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2005-ci ildən Madrid klubunda çıxış edir.


Şərhlər