Menu

Yol qəzalarında 9 nəfər ölüb

20.09.2017, 10:37
Yol qəzalarında 9 nəfər ölüb

Ötən gün respublikanın avtomobil yollarında baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Həmin qəzalardan ən ağırı Salyan rayonu ərazisində qeydə alınıb. Həmin qəzada 4 nəfər ölüb.

Bundan başqa, səhər saatlarında Biləsuvar rayonu ərazisində də ağır yol qəzası baş verib. Həmin qəzada 4 nəfər dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol