Menu

Azərbaycanda İnternet Bələdiyyə Sistemi yaradılır

25.06.2014, 14:37
Azərbaycanda İnternet Bələdiyyə Sistemi yaradılır

Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamaları tam avtomatlaşdırılmış şəkildə həyata keçirəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, artıq ilin əvvəlindən etibarən bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlanılıb. İlkin mərhələ olaraq ölkə ərazisində səkkiz bələdiyyədə - Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib.

İndiki mərhələdə layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur.

Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər. Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam şəkildə avtomatlaşdırılmış şəkildə həyata keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol