«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel hesab edir ki, terrorçuluq Almaniya üçün təhlükə olmaqda davam edir.
«İslamçı terrorçuluq daimi təhlükə təşkil edir. Biz, hər şeyi edirik ki, bununla mübarizə aparaq» - deyə, kansler «ARD» radiosuna verdiyi müsahibədə bəyan edib.
Bundan əvvəl isə Merkel qeyd etmişdi ki, islam Almaniyanın bir hissəsidir və Konstitusiya ilə bir araya sığır. Bu zaman AFR əhalisinin üçdə iki hissəsi bu bəyanatla razılaşmır.
Xeyli maraqlıdır, dünyanı qarışdıran qərb ölkələri və siyasətçiləri, o cümlədən, Almaniya və şəxsən frau Menkel islamçı terrorçuluqdan «ağız dolusu» danışırlar, amma bunu doğuran səbəblərin üzərindən sükutla keçirlər, çünki onlara sərf eləmir. Axı, İslam ümmətinin bu təbii reaksiyası Qərbin onlara yönəlik qəddarlıqla həyata keçirdiyi genosid siyasətinə qarşı etiraz formalarından biridir...

Şərhlər