Menu

"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

22.09.2017, 19:57
"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” və onun Çindəki “Shanghai GM” Çində 2,5 milyondan çox avtomobili geri çağıracaq.

Trend-in məlumatına görə, buna təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlar səbəb olub.

Qeyd olunur ki, ilk növbədə oktyabrın 29-dan başlayaraq 14 minə yaxın “Saab” və “Opel” avtomobilləri geri çağırılacaq.

Sonra isə dekabrın 29-dan başlayaraq, bu qərar 2,5 milyondan çox “Chevrolet” və “Buick” avtomobillərinə şamil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol